Bakı Ali Neft Məktəbi III Qış Elm Festivalının qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi III Qış Elm Festivalının qalibi oldu

09:51 - 26 / 12 / 2017
Bakı Ali Neft Məktəbi III Qış Elm Festivalının qalibi oldu

Bakı Ali Neft Məktəbi (BANM) 20-dən çox ali təhsil müəssisəsinin və həmçinin orta məktəblər arasında keçirilən III Qış Elm Festivalının qalibi olub.

1news.az-a BANM-dan verilən məlumata görə, Bakı Mühəndislik Universitetində (BMU) keçirilən bu festivalda 100-dən artıq layihə təqdim olunub. BANM “Avtomatik suvarma sistemi” ideyası ilə festivalda iştirak edib. İdeya BANM-ın nəzdində fəaliyyət göstərən “Əşyaların İnterneti” laboratoriyasında formalaşıb.

“Happy Plants” adlandırılan həmin avtomatik suvarma sisteminin əsas məqsədi ölkəmizdə böyük ərazilərin suvarılması zamanı su və enerji itkisinin qarşısını almaq, prosesi tam avtomatlaşdırmaqla insan əməyini minimuma endirmək, həmçinin uzun müddət ərzində torpağın xüsusiyyətləri haqqında məlumat toplayıb analiz etməkdir.

Qeyd edək ki,  layihənin ilkin prototipi 2017-ci ilin yay aylarında uğurla sınaqdan keçirilib. Eyni zamanda layihə “ESP8266 IoT Contest” onlayn yarışmasında 300-ə yaxın layihə arasından seçilən 75 ən yaxşı ideyanın arasına daxil olub. Layihə üzərində BANM “Əşyaların İnterneti” laboratoriyasının rəhbəri Abbas Əlilinin mentorluğu ilə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri -  Nicat Həsənov, Rüstəm Həsənov və Mirəkrəm Ağalarov birgə çalışıblar.

Layihənin son prototipi isə  III Qış Elm Festivalında “Happy Plants” adı altında birinci yerə layiq görülərək, festivalın ən yaxşı layihəsi seçilib.

1news.az

 

Paylaş:
904

Son xəbərlər

DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11
Bütün xəbərlər