Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib – FOTO

10:10 - 26 / 12 / 2017
Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib – FOTO

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.

1news.az-ın məlumatına görə, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.

Daha sonra  general-polkovnik Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini  şəxsi heyətə çatdıran Müdafiə naziri, dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

1news.az

Paylaş:
947

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər