“Qalatasaray” intihar etmək istəyən futbolçusuna iş təklif etdi – FOTO – VİDEO
“Qalatasaray” keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb.
1news.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.
Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və onu işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini də itirib.
Qeyd edək ki, o, “Arsenal”dan ayrıldıqdan sonra 3 mövsüm (2011-2014-cü illərdə) “Qalatasaray”da çıxış edib.
1news.az