“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq

15:10 - 27 / 12 / 2017
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 4 yanvardan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal”mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

S.Xankişiyeva

 

 

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər