Bakıda teleqüllə yaxınlığında sürüşmə baş verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda teleqüllə yaxınlığında sürüşmə baş verib - FOTO

15:55 - 27 / 12 / 2017
Bakıda teleqüllə yaxınlığında sürüşmə baş verib - FOTO

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub:

“Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.

Dəstə rəisin sözlərinə görə, sürüşmə ərazisi Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə yerləşir.

R.Həsənov qeyd edib ki, sürüşmə Bakı Televiziya Qülləsinə hər hansı təhlükəli vəziyyət yarada bilməz:

“Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.

S.Xankişiyeva

 

 

Paylaş:
1058

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər