“Bakmil” stansiyası yenidən qurulur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakmil” stansiyası yenidən qurulur – FOTO

17:26 - 27 / 12 / 2017
“Bakmil” stansiyası yenidən qurulur – FOTO

“Bakmil” stansiyasında aparılan təmir işlərinin birinci mərhələsi başa çatıb.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat veriblər.

Məlumata görə, 1970-ci ildə istismara verilən və 9 il sonra yenidən qurulan Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasında bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbinə çevrilib. Dövrün tələblərinə uyğun olaraq, “Bakmil” stansiyasında avqust ayından başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi artıq yekunlaşmaq üzrədir. 

Təmir müddətində fəaliyyətini davam etdirən stansiyanın yenidən qurulması üzrə işlər Bakı metropoliteninin təhlükəsizlik tələblərinə ciddi riayət edilməklə, tərtib edilmiş tədbirlər planına uyğun olaraq mərhələli aparılır.

Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Onu da qeyd edək ki, platformanın daha etibarlı, davamlı və uzunömürlü olmasını təmin etmək məqsədilə onu yenidən qurmaq lazım gəlir. Bu məqsədlə, döşəmə örtüyü tamamilə sökülərək, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulmaqla, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulur. 

Plaftormaaltı sahədə kabel kollektoru yenidən tikilib. Döşəməsinin betonlanması işi aparılıb, su axıntısı üçün müvafiq maillik təmin edilib, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb. 

Bu xüsusda onu da əlavə edək ki, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı da ləğv edilib. Hazırda burada park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulur. Həmçinin təmir aparılan hissənin gözləmə zalında da mərmər və qranit örtüyün sökülməsi planlı sürətdə davam etdirilir.

Yaxın günlərdə platformanın bu hissəsində xüsusi tamamlama və memarlıq-bərpa prosesinə başlanılacaq. Qeyd edək ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, platformanın əks tərəfində təmir yalnız birinci 54 metrlik hissədə işlər tam başa çatdırıldıqdan sonra aparılacaq.

Gələcəkdə stansiyanın istismar funksionallığını artırmaq, infrastrukturun səmərəliyini və sərnişin rahatlığını təmin etmək məqsədilə bir sıra digər əhəmiyyətli yeniliklərin tətbiqi də nəzərdə tutulub.

1news.az

Paylaş:
1334

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər