Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:07 - 27 / 12 / 2017
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Polis əməkdaşları tərəfindən şübhəli bilinən üç nəfər saxlanılıb. Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum edilən Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyənləşib.

Həmin şəxslərin üzərlərinə baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 1 kiloqram 270 qram təşkil edilib. R.İsrafilovdan 440 qram, S.Novruzovdan 440 qram və Y.Məmmədovdan 390 qram marixuana olması barədə rəy verilib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1news.az

Paylaş:
379

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər