Azərbaycanda 3 alpinist yoxa çıxıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 3 alpinist yoxa çıxıb - FOTO

09:32 - 27 / 12 / 2017
Azərbaycanda 3 alpinist yoxa çıxıb - FOTO

"Gilavar" klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

1news.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda deyilir. Alpinistlər Şahyaylaq - Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib. 

Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb. 

Məlumatda o da vurğulanıb ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir. Onlar ötən həftənin şənbə günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

1news.az

Paylaş:
948

Son xəbərlər

Bütün xəbərlər