Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri

23:39 - 27 / 12 / 2017
Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri

Xərçəng xəstəliyinin yaranma hallarından 40 faizindən çoxu zərərli vərdişlərlə və həyat tərzi ilə əlaqədardır.

1news.az Trend-ə istinadən xəbər verir ki, Amerika Onkologiya Cəmiyyətinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkmək xərçəng üçün ən böyük riskdir. Onkoloji halların yaranmasının 19 faizi və ölüm hallarının 29 faizi bu vərdişin payına düşür.

Xərçəngin yaranma riskinin 7 faizi, ölüm hallarının 6 faizi isə artıq çəkidəndir.

Bunlardan başqa, spirtli içkilər, ultrabənövşəyi şüaların təsiri və aşağı fiziki fəallıq da bu xəstəliyin riskini artırır.

1news.az

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər