Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

11:41 - 27 / 12 / 2017
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.

1news.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.

Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq. 

1news.az

Paylaş:
610

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər