İtkin düşən alpinistlərdən biri DİN-in mətbuat xidmətinin əməkdaşıdır
Qubada itkin düşən “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
1news.az APA-ya istinadla xəbər verir ki, polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib. Bu gün onun daha iki alpinistlə birgə Qubada itkin düşməsi barədə məlumat yayılıb.
Hər üç alpinistin axtarışları davam etdirilir.
1news.az
702