Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib

21:40 - 28 / 12 / 2017
Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında 2017-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda il ərzində səhiyyənin ən müxtəlif sahələrində həyata keçirilən tədbir, yenilik və uğurlar barədə ətraflı müzakirələr aparılıb.

Kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkəmizdə aparılan çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də səhiyyənin ayrı-ayrı sahələrində əldə edilən uğurlar, əhalinin sağlamlığının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məruzəsi dinlənilib.

Kollegiya iclasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov çıxış ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunları barədə danışıb, səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının tətbiqi, həmin Proqramların ölkə əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında oynadığı rolun əhəmiyyətini vurğulayıb.

Kollegiya iclasının yekununda səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.

1news.az

Paylaş:
1933

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər