BANM-ın tələbəsi hərbi təyinatlı robot hörümçək hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi hərbi təyinatlı robot hörümçək hazırlayıb

10:10 - 28 / 12 / 2017
BANM-ın tələbəsi hərbi təyinatlı robot hörümçək hazırlayıb

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan III kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki çox maraqlı ideya üzərində çalışır.

1news.az-a BANM-dan verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək, hərbi təyinatlı robot hörümçək hazırlayıb. Belə ki, həmin hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda yardımçı olacaq. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.

Cahandar sabiq təhsil naziri, indiki vergilər naziri  Mikayıl Cabbarov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin YTP-a səfəri zamanı hazırladığı elektron cihazı onlara təqdim edib. Tələbə cihazın işləmə prinsipləriylə bağlı cənab nazirin suallarını cavablandırıb.

Hal-hazırda hörümçək robotun III prototipi üzərində çalışan Cahandar, bundan başqa öz komandası ilə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. İrəlidə gənc mühəndisin təhlükəsizlik məqsədilə istifadə oluna biləcək cihazın - “elektroşoker” cihazının işləmlərinə başlamaq fikri var.

1news.az

Paylaş:
689

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər