Külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO

10:31 - 28 / 12 / 2017
Külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cina­yət­kar dəstə zərərsizləşdirilib.

1news.az-ın DSX mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, dekabrın 25-də saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində ta­mah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbay­can Respub­likasına qanun­suz yolla keçirilmə­sinin qarşısı alınıb.

Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü  Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb.

Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.

Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

1news.az

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər