Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib – FOTO

14:04 - 29 / 12 / 2017
Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib – FOTO

Dekabrın 29-da akademik Cəmil Quliyevin (1927-2010) 90 illik yubileyi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan 1news.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutudur.

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, C.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib: “O, 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru olub. Akademik C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib”.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.

Bildirilib ki, Cəmil Quliyevin rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddi cildlik “Azərbaycan tarixi” işıq üzü görüb.

Tədbirdə Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun məruzəsi dinlənilib. Alim qeyd edib ki, Cəmil Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.

Professor İzzət Rüstəmov, tarix elmləri doktoru Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, o, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.

1news.az

Paylaş:
1234

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər