Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib

15:26 - 29 / 12 / 2017
Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edib.

1news.az  idarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyevə istinadla xəbər verir ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq:

“Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək. Bayram günlərində sükan arxasına əyləşən, xüsusilə uzaq məsafəli səfərlərə çıxan sürücülərin diqqətinə çatdırırıq ki, yol boyu diqqətli olsunlar, qaydalara ciddi riayət etsinlər. Bəzən bayramdan bir gün əvvəl insanlar işdən yorğun halda çıxıb ailə üzvləri, dostları, yaxınları ilə hansısa rayona, istirahət yerlərinə gedirlər. Bu o deməkdir ki, həmin sürücü axşam vaxtı ən azı 150-300 km məsafədə yol qət edəcək. İşdən sonrakı yorğunluq və gecə vaxtı avtomobil idarə etməyin çətinliklərinin nəzərə alınmaması, təəssüflər olsun ki, bəzən ağır qəzalara səbəb olur. Bildiyiniz kimi, gündüz saatlarından fərqli olaraq axşamlar görünüş xeyli məhdud olur. Üstəlik, qış aylarında yollarda yağıntı, yaxud duman da ola bilər.

Digər tərəfdən, bayrama görə səfərə çıxanların sayının çox olması yollarda nəqliyyatın hərəkət intensivliyini artırır ki, bu da sürücünün avtomobili uzun müddət gərgin vəziyyətdə idarə etməsi deməkdir. Sözsüz ki, rayonlararası yollarda qarşıdan gələn nəqliyyat vasitələrinin tez-tez uzaq işıqlardan istifadə etməsi və digər amillər də istər-istəməz sürücüyə müəyyən şətinliklər yaradır. Odur ki, yola çıxarkən bu məqamlara diqqət yetirmək lazımdır. Heç kəs özünü, ailə üzvlərini fikrində tutduğu planlarının, istəklərinin qurbanına çevirməməlidir”.

Kamran Əliyev həmçinin bildirib ki, dekabrın 30-31, eləcə də yanvarın 4-5-də yollarda nəqliyyat sıxlığının müşahidə olunacağı ehtimal edilir: “Adətən bayramın ilk günü rayonlara, sonuncu günü isə rayonlardan Bakıya axın daha çox olur. Əksər sürücülər də yola çıxarkən vacib oldu-olmadı mənzil başına tez çatmaq üçün tələsir. Qəribədir, insan istirahətə, bayramlaşmağa gedəndə də tələsir, evə qayıdanda da. Bunları nəzərə alaraq, bir daha sürücülərə tövsiyə edirik ki, yola nəzərində tutduqları vaxtdan ən azı bir saat əvvəl çıxsınlar ki, tələsməyə ehtiyac olmasın, həm də mümkün qədər çalışıb qaranlığa qalmasınlar. Əgər kimsə hərəkət zamanı özündə yorğunluq və ya narahatlıq hiss edərsə, yol polisinin stasionar postlarında dayanıb fasilə edə bilər. Bunun üçün bütün postlarımızda xüsusi yerlər ayrılıb. Heç nədən çəkinmədən posta yaxınlaşıb biraz dincinizi alandan sonra rahat şəkildə yolunuza davam edə bilərsiniz”.

Yol polisi sürücülərə sürət həddini aşmadan, spirtli içkinin təsiri alıtlnda yola çıxmadan, ötmə-manevr qaydalarına əməl etməklə rahat, təhlükəsiz və uğurlu yol arzulayır, hər bir hərəkət iştirakçısını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı münasibətilə təbrik edir.

1news.az  

 

 

Paylaş:
646

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər