Bakıda Elmira Axundovanın oğlunu şərləyən və ondan pul tələb edən jurnalist barəsində məhkəmə hökmü çıxarıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Elmira Axundovanın oğlunu şərləyən və ondan pul tələb edən jurnalist barəsində məhkəmə hökmü çıxarıldı – FOTO

19:21 - 29 / 12 / 2017
Bakıda Elmira Axundovanın oğlunu şərləyən və ondan pul tələb edən jurnalist barəsində məhkəmə hökmü çıxarıldı – FOTO

Bakı Ağır cinayətlər məhkəməsində BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu barəsində qaldırılan cinayət işinin məhkəmə prosesi sona çatıb.

1news.az-ın verdiyi məlumata əsasən, İradə Həsənzadənin rəhbərliyi altında hakimlər kollegiyası E.Zahiroğlunun şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bu cəzanın 1,5 ili sınaq müddəti sayılır. Həmçinin Ə.Zahiroğluya cəzanın bitməsindən sonra 3 il müddətində jurnalits fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

E.Zahiroğluya belə yumşaq cəza verilməsinin səbəbi, zərər çəkmiş Həbib Axundovun onu məhkəmə gedişatında bağışlaması və hakimlər kollegiyasından onun barəsində sərt hökm çıxarmamaq barəsində xahişi olub.

Öz növbəsində, Həbib Axundovun belə humanistik qərar almasına səbəb isə E.Zahiroğlunun iki azyaşlı uşağı olması olub.

Xatırladaq ki, BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu daha öncə АzNews.az saytının rəhbəri olub.

O keçmiş deputat Sabir Rüstəmxanlının qardaşı oğludur.

Bu ilin yayında E.Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Axundov Həbib Ramiz oğlu barəsində böhtanlı məqalə yazıb. Məqalədə o, H.Axundovun suda boğulmuş Miss Lafarella konkursunun iştirakçısı Günel Mirzəyevanın ölümü ilə bağlantısı olması barədə çirkin insinuasiyalar yerləşdirir.

H.Axundovu bu məqaləni dərc etməklə hədələyən jurnalist ondan külli miqdarda pul tələb etməyə başlayıb. Lakin zərər çəkən reketlə məşğul olan jurnalsti cəzalandırmaq üçün qəsbkarlıq faktı barədə məlumatı Mütəşəkkil cinayətlə mübarizə şöbəsinə ötürür. Öncədən işarələnmiş əskinazlar mərhum xanımın ləyaqətinə xələl gətirə biləcək məqalənin dərc olunmaması qarşılığında jurnalistə verilir. Bu zaman Elçin Zahiroğlu cinayət üstündə polis əməkdaşları tərəfindən saxlanılır.

Onun barəsində istintaq 3 ay davam edir və jurnalist bu müddəti ev dustağı qismində keçirir.

E.Zahiroğlu Azərbaycan Cinayət məcəlləsinin 182.2.4 maddəsi (Zərər çəkənə əhəmiyyətli ziyan vurmaqla qəsbkarlıq) ilə ittiham olunub.

Qeyd edək ki, bundan əvvəl 1news.az “Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısı Günel Mirzəyevanın  ölümü ilə bağlı KiV-lərdə yayılan bötana cavab verdi” məqaləsində olayla bağlı Həbib Axundovun nəzər nöqtəsini dərc edib.

Bu məqalədə H.Axunov Azərbaycan mətbuatına müraciət edərək, onunla bağlı başladılmış çirkin kampaniyaya son və mərhum G.Mirzəyevanın adının hallandırılmasına son qoymaq barəsində xahiş edir.

1news.az

Paylaş:
2441

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər