Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

20:07 - 29 / 12 / 2017
Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda pirotexniki vasitənin qanunsuz olaraq satışa çıxarılmasının qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.

Belə ki, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.

Nəticədə, ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər