Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 3-5 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 3-5 dərəcə aşağı enəcək

12:55 - 29 / 12 / 2017
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 3-5 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər