Pekin metrosunda ilk pilotsuz qatar xəttə buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Pekin metrosunda ilk pilotsuz qatar xəttə buraxılıb

18:45 - 30 / 12 / 2017
Pekin metrosunda ilk pilotsuz qatar xəttə buraxılıb

Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.

Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir.

Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.

S.Xankişiyeva

 

Paylaş:
840

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər