Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

11:35 - 30 / 12 / 2017
Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün saat 11.00-dan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər