Qubada ilk dəfə qar görən ərəb turistlər - VİDEO

Azərbaycanın Quba rayonuna yağan qar xüsusilə ərəb turistlərin sevincinə səbəb olub.
1news.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl Bakıya, daha sonra Qubaya gələn ərəb turistlərin bir çoxu ilk dəfə qar gördüklərini bildiriblər.
Azərbaycanın yeməklərini, Bakını və Qubanı çox bəyəndiklərini deyən turistlər havanın çox soyuq olmasına baxmayaraq qarlı havaının onlarda xoş təssürat yaratdığını bildiriblər.
Onların bəziləri Azərbaycanda ilk dəfədir olduqlarını, elə canlı olaraq qarı da ilk dəfə gördüklərini vurğulayıblar.
Meşəlik ərazidə gəzintiyə çıxan turistlər burda uşaqları ilə birlikdə qartopu oynayıb, sözün əsl mənasında qarın keyfini çıxarıblar.
1news.az
1231