Mingəçevirdə güclü yanğın olub, 7 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə güclü yanğın olub, 7 nəfər xilas edilib

09:52 - 04 / 01 / 2018
Mingəçevirdə güclü yanğın olub, 7 nəfər xilas edilib

Mingəçevir şəhərində yerləşən mənzillərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər