Novruz bayramında qeyri-iş günləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz bayramında qeyri-iş günləri açıqlanıb

12:11 - 04 / 01 / 2018
Novruz bayramında qeyri-iş günləri açıqlanıb

Bu il Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günləri məlum olub.

1news.az  xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

1news.az   

Paylaş:
8135

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər