Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub

13:16 - 06 / 03 / 2018
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür.

Həm ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə, həm də ölkə Prezidenti İlham Əliyev hər zaman AXC-nin yubileylərinin yüksək səviyyədə qeyd olunmasına xüsusi diqqət göstərib, müvafiq sənədlər imzalamışlar. 2008-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 

Cari ildə isə milli dövlətçilik tarixində xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olması münasibətilə dövlət başçısı 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsini qarşıya məqsəd kimi qoydu.

28 may 1918-ci il – hər bir azərbaycanlının ölkəmizin tarixinə dair unutmamalı olduğu əlamətdar günlərdən biridir. Məhz həmin gün Tiflis şəhərində  Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş, ilk paytaxt isə qədim Gəncə şəhəri olub.

AXC 1920-ci il aprelin 28-nə qədər – cəmi 23 ay mövcud olmasına baxmayaraq,  bu qısa müddətdə bir çox taleyüklü məsələlər həll olunub. Məhz cümhuriyyət dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin edilib. İki il ərzində, həmçinin milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilib.

1918-ci il dekabrın 7-si  müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı olub və parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyib. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçiliblər.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımızın tarixində həlledici rol oynayıb.

Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri də dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizguşəli ulduz olan al bayraq barədə qərar qəbul edilib. Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunub.

AXC-nin Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində də mühüm xidmətləri olub. Dövrün çətinliklərinə, xarici təhdidlərə, maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirib.

Cümhuriyyət dövründə Azərbaycanda yaradılmış ilk ali təhsil ocağının xalqımızın maariflənməsində, elmimizin inkişafında böyük rolu olub. Milli şüurun formalaşdırılması və böyük çətinliklə əldə olunmuş müstəqilliyin qorunub saxlanılması üçün savadlı kadrların yetişdirilməsinin, elmin inkişafının vacibliyini dərk edən cümhuriyyətçilər universitet yaratmaq qərarına gəliblər.

Beləliklə, 1919-ci il sentyabr ayının 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk ali məktəbin – Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi haqqında qanun qəbul edib. Bu, cümhuriyyətin mühüm nailiyyətlərindən və xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri idi.

BDU-nun fəaliyyətə başlamasında başda M.Ə.Rəsulzadə olmaqla, Azərbaycanın maarifpərvər ziyalıları böyük rol oynayıblar. Qərara görə, universitetdə 4 fakültə fəaliyyət göstərirdi: Şərq şöbəsi ilə birlikdə Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və tibb fakültələri. Universitetin ilk rektoru isə tanınmış rus alimi, Kazan Universitetinin professoru Vasili İvanoviç Razumovski olub.

1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan edilmişdi. Bu xəbər xalq, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük sevinclə qarşılanmışdı. Noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı mə­qa­lədə yazılırdı: “Dün Azərbaycan Darülfünu­nu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məş­ğuliyyətə başladı”.

1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar, əsasən, Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilib və fəaliyyət göstərib. Assosiasiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu.

BDU Azərbaycan elminə minlərlə alim, ziyalı və görkəmli şəxslər bəxş etmiş, sonralar ölkəmizdə fəaliyyətə başlayan neçə-neçə ali məkəbin yoluna işıq salıb.

Azərbaycan Milli Elmlər Akademiyasının çoxillik elmi nailiyyətlərinin əldə edilməsində də məhz BDU-da təhsil alıb yetişmiş yüzlərlə alim və ziyalılarımızın böyük rolu olub. Hazırda AMEA ilə BDU birgə əməkdaşlıq çərçivəsində dünya təhsili və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirirlər.

AMEA elmin tamamilə yeni inkişaf yolunu istiqamət götürərək prioritet sahələrdə tədqiqatlar aparır, yüksəkixtisaslı kadrların yetişdirilməsi yönündə ciddi tədbirlər həyata keçirir.

Azərbaycanın milli sərvəti olan AMEA nəhəng bir təşkilat kimi fundamental tədqiqatların əsas mərkəzi hesab edilir.

Nərgiz Qəhrəmanova - AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, dissertant

Paylaş:
2923

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər