Gela Vaşadze: Azərbaycan-Gürcüstan münasibətlərinin əsası Heydər Əliyev və Eduard Şeverdnadze tərəfindən qoyulub

Azərbaycan Gürcüstan münasibətlərinin müasir dövründən danışırıqsa, qeyd etməliyik ki, bunun əsası Heydər Əliyev və Eduard Şeverdnadze tərəfindən qoyulub.
Məhz həmin o dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, region üçün əsrin müqaviləsi imzalandı. Həmin tarixi razılıqdan sonra İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Gürcüstan münasibətləri bir neçə dəfə sınaqdan keçib.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri müsahibəsində Gürcüstandan olan müstəqil ekspert Gela Vaşadze bildirib:
- 11 apreldə keçiriləcək seçkilərdə İlham Əliyevin yenidən prezident seçilmə ehtimalını necə qiymətləndirirsiniz?
- Əvvəla qeyd etməliyik ki, İlham Əliyev çox çətin regionda və mürəkkəb beynəlxalq şəraitdə bir ölkəyə rəhbərlik edir. Azərbaycan və onun qonşuları iki böyük geosiyasi məkana – postsovet və Yaxın Şərq regionuna daxildir. Hesab edirəm ki, dünyanın ən narahat geosiyasi məkanlarıdır. Əlbəttə, əsasən bu məqam, eləcə də SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyət hazırki Azərbaycanın xarici siyasətini müəyyən edən məqamlardır. İndi isə gəlin, Azərbaycanın qarşısında duran ən aktual məsələlərə ayrıca toxunaq.
Birinci məsələ – ölkənin inkişafının təmin edilməsidir. Əlbəttə, məsələnin həllinin geosiyasi aspektində qonşu ölkələrlə əməkdaşlıq durur. Həmin qonşunun özü Azərbaycanın dünya bazarına təklif etdiyi əsas məhsulun istehlakçısı, ikincisi isə Azərbaycanın dünyaya təbii pəncərəsidir.
İndi gəlin nəticələrə uyğun mühakimə edək. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan özü üçün həyati əhəmiyyət daşıyan enerji resurslarının nəqli və satışı üçün etibarlı marşurutları nəinki təmin etdi, həmçin ölkə əminliklə Çinin “Bir kəmər, bir yol” meqalayihəsində regional mərkəz və haba çevrilir.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanı Rusiya ilə birləşdirən dəmir yolu ölkəni artıq bütün regional və qlobal oyunçular üçün çox vacib məkana çevirir. Bunlara əlavə olaraq tikintisi davam edən Rusiya və İran arasındakı Şimal-Cənub korridoru Azərbaycan və İranı birləşdirməklə bu dəmir yolu həm də "Bir kəmər, bir yol" layihəsinin cənub marşurutunun bir hissəsini oynayacaq. Çindən başlayan Mərkəzi Asiyadan Avropaya gedən yol ilə yanaşı görürük ki, regiondakı bütün yolların demək olar hamısı Azərbaycandan keçir. Yeri gəlmişkən, Xəzər dənizinin bölünməsi ilə bağlı proses sona yetməkdədi, bu isə öz növbəsində tamamilə yeni keyfiyyət dəyişiklikləri gətirəcəkdir.
Azərbaycanla Türkiyəni birləşdirəcək və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına imkan verəcək olan TANAP qaz kəməri tamamlanmağa yaxındır. Bütün bunlar son on ildə Azərbaycanda çox böyük infrastruktur layihələri həyata keçirildiyini nəzərə alaraq, ölkənin inkişafı üçün ciddi imkanları yaradır.
Ən əsas məqamı qeyd edim - Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət nəticəsində ölkə dünya siyasətini müəyyən edən bütün oyunçuları üçün maraqlı və əhəmiyyətli ölkəyə çevrilmişdir. Burada söhbət böyük dünya gücləri olan Avropa İttifaqı, Çin və ABŞ-dan eləcə də, regionda siyasi münasibətləri müəyyən edən Rusiya, Türkiyə və İrandan gedir. Mövcud bütün obyektiv ziddiyyətlərə baxmayaraq, Azərbaycanın bütün regional oyunçularla gözəl münasibətlər var, bundan əlavə, bir neçə il əvvəl az inandırıcı görünsə də bu münasibətlər müsbət dinamikaya malikdir.
Təbii ki, Azərbaycan üçün əsas problem Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Münaqişə ilə bağlı vəziyyət dalana dirənmiş kimi görünür, açıq desək, münaqişənin həlli ilə məşğul olmalı dövlətlər məsələyə elə də xüsusi diqqət yetirmirlər. Buna baxmayaraq, mən Azərbaycanın kifayət qədər təmkinli davranaraq, münaqişənin həllində hərbi vasitələrdən daha çox siyasi-iqtisadi vasitələrə üstünlük verməsini xüsusi ilə vurğulamaq istərdim.
Mən artıq mürrəkəb zamanda yaşadığımızı və dünyanın gözlərimizin önündə dəyişdiyini qeyd etdim, ancaq icazə verin Azərbaycanın gələcək inkişaf perspektivləri və bizə olan çağrışlar barəsində daha optimist olum. Çünki, bu optimizm üçün çox böyük əsaslar vardır.
- İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Gürcüstan münasibətlərini necə qiymətləndirirsiniz?
- İki ölkənin münasibətlərində siyasi gündəliyi iki parametr – tarix və coğrafiya müəyyən edir. Bu baxımdan Gürcüstan və Azərbaycan münasibətlərinin müvəfəqiyyətli olmağa məhkumdu. Belə ki, obyektiv səbəblərə görə iki ölkənin milli maraqları üst-üstə düşür. Ancaq eyni zamanda müvəffəqiyyət də müxtəlif cür ola bilər, belə desək, bu müvəfəqqiyətin səviyyəsi artıq şəxsiyyətlərdən asılıdır.
Əlbəttə, Azərbaycan Gürcüstan münasibətlərinin müasir dövründən danışırıqsa, qeyd etməliyik ki, bunun əsası Heydər Əliyev və Eduard Şeverdnadze tərəfindən qoyulub. Məhz həmin o dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, region üçün əsrin müqaviləsi imzalandı. Həmin tarixi razılıqdan sonra İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Gürcüstan münasibətləri bir neçə dəfə sınaqdan keçib. Buraya 2003 və 2012-ci illərdəki hakimiyyət dəyişikliyi, 2007-ci ildə Gürcüstanın Rusiya tərəfindən enerji blokadasına alınması və nəhayət 2008-ci il Rusiya-Gürcüstan müharibəsi daxildir. Ən əhəmiyyətli məqam odur ki, bu sınaqlardan sonra və bu sınaqların nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri keyfiyyət baxımından daha yeni mərhələyə çatırdı.
Əlbəttə ki, belə vəziyyətlərdə şəxsiyyətlərin rolu həlledici rola malik olur. Nəticədə biz hardayıq?
Adətən bizim ölkələr arasında münasibətlərin dərinliyini anlamadan onu sadəcə iki dövlətin strateji əməkdaşlığı adlandırırlar. Düşünürəm ki, Şimal-Cənub layihəsindən başqa yuxarıda sadalanan bütün layihələrdə Gürcüstan birbaşa iştirak edir və onların reallaşması Gürcüstanın iştirakı olmadan mümkün deyildi. Bundan əlavə məhz Azərbaycan Gürcüstana investisiyaların həcminə görə birinci yerdədir. Tbilisidən başqa, Gürcüstanın qazpaylayıcı şəbəkəsi Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. Gürcüstan-Azərbaycan-Türkiyə formatı xüsusilə maraqlı və əhəmiyyətlidir.
Azərbaycan və Gürcüstan arasında münasibətlərin fərqli tərəflərindən çox uzun danışmaq olar. Bu gün bizim ölkələr arasında münasibətlər iki dövlət arasından münasibətlərin nümunəsi kimidir. Bu o deməkdirmi ki, bizim aramızda problem yoxdur? Əlbəttə, yox, problemlər əlbəttə ki, mövcuddur, ancaq, əvvəla onlardan heç biri o səviyyədə deyil ki, ikitərəfli münasibətlərə ciddi təsir edə bilsin, ikincisi, biz artıq müstəqillik illərimizdə problemləri partnyorun maraqlarını nəzərə almaqla həll etməyi öyrənmişik. Və ən vacib məqam odur ki, Gürcüstanda da, Azərbaycanda da sadə insanlar bir birinə və ölkələrimizə qarşılıqlı rəğbətlə yanaşırlar. Bu gələcəkdə ölkələrimiz arasında daha uğurlu və gözəl münasibətlərin mühüm əsasıdır.
S.Xankişiyeva