Mübariz Əhmədoğlu: Rusiya Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib

13:20 - 04 / 05 / 2018
Mübariz Əhmədoğlu: Rusiya Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirərək aprel ayında dünyada baş verən mühüm hadisələrə münasibət bildirib.

Politoloqun dünyada və regionda baş verən mühüm hadisələrlə bağlı tezis şəklində səsləndirdiyi fikirləri təqdim edirik:

“RF-in ABŞ-la münasibətləri hərbi eskalasiya istiqamətində gərginləşir. ABŞ-ın Suriyaya raket zərbələri endirmək də əsas məqsədi Rusiyaya əzələ nümayiş etdirmək idi.

Suriyaya raket zərbələri zamanı Rusiya hərbçiləri və hərbi obyektləri zərər çəkmədilər. Pentaqonun fikrincə, Suriyada Rusiya hərbçiləri raket zərbələri zamanı özlərini peşəkar apardılar. Bu hərbi əməliyyatlar zamanı Rusiyada istehsal olunan ZRK-lar mütləq effektsizliyini nümayiş etdirdi. Rusiya gəmilərinin Tartus bazasını tərk etdiyini kosmik peykdən çəkilən şəkillər sübut edir. D.Trampın bildirdiyinə görə ABŞ-la Rusiya hərbçiləri arasında Suriyada kəskin toqquşma olub.

Ümumilikdə Rusiya hərbçilərinin ciddi məğlubiyyətə düçar olduğunu göstərən heç bir əlamət yoxdur. Rusiya tərəfdən müəyyən insan, hərbçi ölümü etiraf edilsə də Suriyadakı hərbi proseslər Rusiyanın arzuladığı istiqamətdədir. Suriya ordusu Fəratın hər iki sahilində kürdlərlə məskunlaşmış bir neçə şəhəri öz nəzarəti altına keçirdi. Ola bilər bu kürdlərlə razılaşdırılmış variantdır. Kürdlər ABŞ-ın Türkiyəni Mənbicə daxil etməsinin əleyhinədir. Bunun qarşısını almaq üçün kürdlərin digər şəhərlərdən də Mənbicə toplanması ehtimal olunan variantdır. Afrin əməliyyatı zamanı da bu sxem tətbiq edildi.

D.Tramp ABŞ tarixində heç bir prezidentin Rusiyaya qarşı onun qədər sərt olmadığını bildirdi. D.Trampın Rusiya siyasəti paradoksdur. Bir tərəfdən ən sərt siyasət aparır, digər tərəfdən dialoqa hazır olduğunu bildirir. Suriyaya raket zərbələrindən əvvəl də D.Tramp RF-i bu zərbələri qəbul etməyə hazır olmağa çağırdı. ABŞ-ın fikrincə, Suriyadakı vəziyyətin məsuliyyəti daha çox RF-in üzərindədir. D.Trampın fikrincə, RF Suriya ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kimyəvi silahların tətbiq olunması mövzusu ilə eyni vaxtda olduğu üçün Trampın dediklərini RF-in Suriyada kimyəvi silahların ləğvi ilə bağlı öhdəliyi yerinə yetirmədiyi kimi başa düşülə bilər. Amma D.Trampın açıqlamasının digər mənası da var: V.Putin Trampla  İranı Suriyadan çıxarmaqla bağlı rəsmi müqavilə imzalayıb.

Bu müqavilədən sonra İranın Suriyada iştirakı daha da artıb və artmaqdadır. Ona görə müəyyən mənada D.Trampı haqlı saymaq olar.  RF Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib. Yenilik Rusiya parlamentarilərinin Suriyaya səfəridir. İran parlamentariləri bu səfərə qədər dəfələrlə Suriyada olub, B.Əsədlə görüşüblər. RF Dövlət Dumasının nümayəndə heyəti Suriyadan qayıdan kimi İran parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Ə.Brucerdinin başçılıq etdiyi nümayəndə heyəti Suriyada B.Əsədlə görüşdü. İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xİ naziri Ə.Vilayəti demək olar ki, Suriyada yaşayır.

ABŞ-la Rusiya arasında diplomatik qalmaqal da tarixi maksimumdadır. BMT TŞ-də ABŞ Rusiyanın, Rusiya isə ABŞ-ın qətnamələrinin qəbuluna imkan vermədi. Sietl şəhərində RF konsulluğu bağlandı və əmlakı müsadirə olundu. ABŞ Dövlət Katibinin köməkçisi Uess Mitçel zərurət olacağı təqdirdə ölkəsinin Suriyada Rusiyaya qarşı güc tətbiq edəcəyini bildirdi.

2. RF ekspertləri N.Nazarbayevi Qazaxıstanda məxməri inqilab “yaratmaqda”  ittiham edirlər.

Mərkəzi Asiya regionunda Qərbin və Rusiyanın maraqları fərqli məqsədlərlə əks istiqamətdə inkişaf edir:

ı. USAİD Mərkəzi Asiya regionu dövlətləri ilə Baltikyanı dövlətlər arasında ticarət əlaqələrinin qurulmasını təşviq edir. Qazaxıstan prezidenti N.Nazarbayevin kürəkəni T.Kulibayevə Baltik dənizində, Rusiya-Finlandiya sərhədinin 50 km-də port almağa icazə verdilər.

“Reuters” agentliyinin yaydığı məlumata görə Rotşild maliyyə qrupu Qazaxıstanda və Özbəkistanda iri müəssisələri almağa başlayıb.

ıı. RF üçün Mərkəzi Asiya regionunda hərbi təhlükəsizlik məsələləri daha da aktuallaşıb. RF müdafiə naziri S.Şoyqu İŞİD-çilərin Suriya və İraqda darmadağın edildikdən sonra Mərkəzi və Cənub Şərqi Asiyaya doğru yerini dəyişdirdiyini bildirdi. Rusiyanın mövqeyi zəifləmək tendensiyasına malikdir.

Qazaxıstan BMT TŞ-də Suriya mövzusunda Rusiyanın qətnaməsi səsə qoyularkən bitərəf qaldı. Bununla eyni vaxtda N.Nazarbayevin ABŞ-a səfəri zamanı D.Trampla əldə etdiyi razılaşmalar reallaşdırılmağa başlandı. Qazaxıstan senatı Əfqanıstana ABŞ-ın yükdaşımaları üçün Xəzər dənizində Qazaxıstanın Kurık və Aktau limanlarından istifadəyə icazə verdi. Bu yükləri ABŞ hərbçiləri müşayiət edə bilər. Rusiya hər iki hadisəyə kəskin reaksiya verdi. Rəsmi Moskva qapalı müzakirələr apardığı halda Rusiya ekspertləri Qazaxıstanın ünvanına kəskin ittihamlar səsləndirirlər. Qazaxıstanın parçalanacağı, Qazaxıstanın Şərqində etnik vəziyyətin mürəkkəbliyi barədə şərhlər dövriyyə buraxıldı. Bəzi şərhlərə görə N.Nazarbayev özü Qazaxıstanda destabilləşmə və “rəngli inqilablar” üçün əsas yaradır. Guya N.Nazarbayevin ABŞ-da imzaladığı müqavilələr əvvəlcə pul və sonra destabilizasiya gətirəcək.

Xəzər dənizində ABŞ-ın yaratdığı logistika mərkəzlərinin gələcəkdə hərbi bazaya çevriləcəyi və buna görə də gərginlik mənbəyinə çevriləcəyi barədə şərhlərin də sayı xeyli çoxalmışdı. Şərhlərdən biri Putini ən yaxın müttəfiqinin satdığı bildirilirdi. Ehtimal ki, Rusiya Ermənistandakı “məxməri inqilabdan” sonra Qazaxıstanda “məxməri inqilabın” baş verməsini arzulayacaq. RF prezidenti V.Putin N.Nazarbayevlə telefonla danışaraq Suriyadakı vəziyyəti müzakirə etdilər. Kremlin yaydığı məlumata görə N.Nazarbayev ABŞ-ın Suriyaya raket zərbələrini pisləmişdi. Danışıq əsnasında ABŞ-ın aqressiv hərəkətinin BMT TŞ-nin sanksiyası olmadan, BMT-nin nizamnaməsinin və beynəlxalq hüququn normalarının birbaşa pozulması şəraitində həyata keçirilməsi xüsusi qeyd edilmişdi. Ehtimal ki, V.Putin istədiyini aldı. Prezidenti N.Nazarbayev Qazaxıstan xalqlarının XXVI Assambleyasında çıxış edərkən RF-in və prezident V.Putinin ünvanına xeyli müsbət fikirlər səsləndirdi. O, Rusiyanı Allahın verdiyi tarixi qonşu adlandırdı. Özünün V.Putinlə olan münasibətlərini nümunəvi münasibətlər kimi təqdim etdi.

Qazaxıstan üçün təhlükə təkcə RF tərəfindən deyil. Çin Qazaxıstanda maraqlarını artırdığı vaxtda həm də öz ərazisindəki etnik qazaxları sıxışdırır. Bəzi ekspertlərə görə N.Nazarbayevin ABŞ-ın hərbi bazalarını yaratmasına əsas səbəb də Qazaxıstanın həm RF həm də Çin tərəfindən təzyiq altında olmasıdır”.

1news.az

Paylaş:
886

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər