İcazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib – BAKIDA | 1news.az | Xəbərlər
Cəmiyyət

İcazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib – BAKIDA

11:30 - 23 / 07 / 2019
İcazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib – BAKIDA

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

S.Xankişiyeva

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər