Kamal Cəfərov: Şəhidlərimizin ailələri bilsinlər ki, mən də onların bir övladıyam, həmişə onların qulluğunda hazıram
“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar, mövqelərimizi atəşə tutublar”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov Facebook sosial şəbəkəsindəki profilində qeyd edib.
Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar:
“Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr diləyirəm. İstəyirəm bilsinlər ki, mən də onların bir övladıyam, həmişə onların qulluğunda hazıram.
Gecə döyüşlərində isə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası alınıbdır. Lakin düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.
Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu təxribatı törtəməklə hazırda COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq istəyir. Dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan isə bu cür təxribatlara əl atır. Məqsədləri aydındır. Lakin beynəlxal ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur”.
Mövzu ilə əlaqədar oxuyun:
#SeninleyizAzerbaycan: Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək – FOTO
Türkiyə Azərbaycanın yanında dayanmaqda davam edəcək - Türkiyə XİN bəyanat yaydı
Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib - RƏSMİ
Tovuzda şəhidlərimizin sayı 3-ə çatdı - Nazirlik adları açıqladı
S.Xankişiyeva