Azərbaycanlı tələbə şəhid general-mayor Polad Həşimovun büstünü hazırlayıb – FOTO

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun büstü hazırlanıb.
1news.az-ın verdiyi xəbərə görə, büstün müəllifi Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlıdır.
Xatırladaq ki, Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.




Mövzu ilə əlaqədar oxuyun:
Generalın əsgərləri onunla bağlı xatirələrini bölüşdü: Polad güllə keçirməz axı..
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub – FOTO – YENİLƏNİB
S.Xankişiyeva