Pandemiya dövründə yeni dərs ili - “Çıxışa doğru”-da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiya dövründə yeni dərs ili - “Çıxışa doğru”-da MÜZAKİRƏ

21:56 - 15 / 09 / 2020
Pandemiya dövründə yeni dərs ili - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant formada keçiriləcək.

Həmçinin V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayacaq. Ümumi təhsil müəssisələrində dərs və dərsdənkənar məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqə müəyyənləşib.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiya dövründə  yeni dərs ili” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev, ADPU-nun elmi işçisi, əməkdar müəllim Zülfiyyə Vəliyeva, Təhsilin idarəolunması üzrə ekspert Qoşqar Məhərrəmov və filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər