Kiyevdən Bakıya uçuşlar başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiyevdən Bakıya uçuşlar başlayır

13:15 - 17 / 09 / 2020
Kiyevdən Bakıya uçuşlar başlayır

Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər