Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

16:05 - 17 / 09 / 2020
Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənələrimizin, tariximizin qorunması və onun gələcək nəsillərə ötürülməsidir. Bu sahədə yeni istiqamətlər müəyyən edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir bildirib ki, strateji istiqamətlərin həll olunması üçün müəyyən problemlər də var: "Hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmənin daha düzgün formada aparılması üçün Milli Məclisə, Mədəniyyət Komitəsinə ehtiyacımız var”.

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər