Şəhid hərbçimizin FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid hərbçimizin FOTOSU

13:23 - 21 / 09 / 2020
Şəhid hərbçimizin FOTOSU

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədovun fotosu yayılıb.

1news.az xəbər verir ki, şəhidimiz Elşən Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir, ailəlidir, 3 övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Qafar Ağayev

Paylaş:
1026

Son xəbərlər

Bütün xəbərlər