Bakıda bu qədər məzun məktəbi qızıl və gümüş nişanla bitirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu qədər məzun məktəbi qızıl və gümüş nişanla bitirib

11:54 - 21 / 09 / 2020
Bakıda bu qədər məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

İdarədən 1news.az-a verilən məlumata görə, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb.

Belə ki, ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər