Sosial şəbəkələrdə saxta profillər - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Bu gün sosial media daha çox təsir imkanlarına malikdir. Bu səbəbdən də bir sıra ekspertlər sosial şəbəkələrdə qanunauyğunluğun yaradılmasının tərəfdarı olduqlarını bildirirlər.
Xüsusən saxta profillər və bunun vasitəsilə təhqirlər bu barədə daha çox müzakirələrə yol açır. Bu tipli hallar etirazla qarşılanldıqda isə bunu söz azadlığının pozulması halı kimi dəyərləndirirlər. Saxta profillərlə bağlı problemin birdəfəlik çözülməsi üçün hansı addımlar atılmalıdır?
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Sosial şəbəkələrdə saxta profillər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoglu, ehtiyyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, Qarabag qazisi Gültəkin Quliyeva, "Zəfər " Şəhid Ailələrinə Dəstək İB-nin sədri, 2016-cı il aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: