AMEA-nın saytının baş redaktoru işdən çıxdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın saytının baş redaktoru işdən çıxdı – FOTO

12:21 - 23 / 09 / 2020
AMEA-nın saytının baş redaktoru işdən çıxdı – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

“Report” xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

S.Xankişiyeva

 

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər