Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən necə istifadə edilir? - “Çıxışa doğru”-da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən necə istifadə edilir? - “Çıxışa doğru”-da MÜZAKİRƏ

21:53 - 24 / 09 / 2020
Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən necə istifadə edilir? - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Bildiyimiz kimi Baş Nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Koronavirus (COVID-19) epidemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir.

Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondu əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək üçün üzərinə düşən bütün vəzifələri həyata keçirmək məqsədilə xeyli iş görüb...

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən necə istifadə edilir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Akademik Ziyad Səmədzadə, "İnkişafa Dogru Qadın Təşəbbüsü" İB-nin sədri Ziba Nəbiyeva, tibb elmləri doktoru, professor, V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev, Milli Məclisin deputatı Sevil Mikayılova mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər