Koronavirusa yoluxan məktəb və məktəblilər - “Çıxışa doğru”- da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxan məktəb və məktəblilər - “Çıxışa doğru”- da MÜZAKİRƏ

19:29 - 25 / 09 / 2020
Koronavirusa yoluxan məktəb və məktəblilər - “Çıxışa doğru”- da MÜZAKİRƏ

Pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşməyib.

Bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin  reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə  müvəffəq olunub.

Belə ki, təhsil müəssisələrinin bağlandığı zaman nazirlik tərəfindən 2 telekanalda teledərslərə start verilməsinin, “Virtual məktəb” layihəsinin həyata keçirilməsinin, bunlarla yanaşı, müəllimlərin öz şagirdlərinə onlayn dərslər keçməsinin təhsilin davamlılığında, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rolu danılmazdır.

Bu gün istər müəllimlər, istərsə də şagirdlər sinifdəki  fəal təlim mühiti, canlı ünsiyyət, aktiv müzakirələr, debatlar və digər müxtəlif səpgili tədbirlərdə iştirak etmək üçün darıxıblar. Hamı yenidən öz təhsil müəssisəsinə dönəcəyi günü gözləyir...

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Koronavirusa yoluxan məktəb və məktəblilər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, Ailə və uşaq məsələləri üzrə psixoloq Əfsanə Rüstəmova, tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Ziya Hacılı, "AzEdu.az" Təhsil Portalının baş redaktoru Elmin Nuri mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
1152

Son xəbərlər

Bütün xəbərlər