Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib

12:35 - 25 / 09 / 2020
Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Qafar Ağayev

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər