Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ

12:58 - 25 / 09 / 2020
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından verilən məlumata görə sabah, sentyabr ayının 26-ı səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər