Bu günün statistikası: 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı

15:43 - 26 / 09 / 2020
Bu günün statistikası: 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39895 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir.

S.Xankişiyeva

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər