Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıb – FOTO

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən 1news.az-a bildirilib ki, 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
Daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
S.Xankişiyeva
533