Ermənistan ordusu Anadolu Agentliyi və TRT-nin jurnalistlərinə atəş açdı - FOTO+VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan ordusu Anadolu Agentliyi və TRT-nin jurnalistlərinə atəş açdı - FOTO+VİDEO

13:48 - 27 / 09 / 2020
Ermənistan ordusu Anadolu Agentliyi və TRT-nin jurnalistlərinə atəş açdı - FOTO+VİDEO

Ermənistan ordusu bölgədə xidmət edən Türkiyənin Anadolu Agentliyi və TRT əməkdaşlarını hədəfə alıb.

1news.az xəbər verir ki, Anadolu Agentliyinin əməkdaşları, səhər saatlarında, Ermənistanın Azərbaycanın mülki əhalinin yaşadığı ərazilərinə hücumlarını çəkmək üçün atəş xəttinə gedib.

Qapanlı kəndi yaxınlığında son vəziyyətlə bağlı reportaj hazırlayan jurnalistlərin olduğu ərazidə əvvəlcə iki pilotsuz uçan aparat (PUA) görünüb.

Eyni ərazidə TRT komandası ilə birlikdə xidmət edən Anadolu Agentliyinin komandasının yerləşdiyi ərazi hədəf alınaraq Ermənistan tərəfindən atəş açılmaya başlanıldı. Birdən çox top atışının gerçəkləşdiyi hücumda jurnalistlərin 100 metr yaxınlığına mərmi düşüb.

Jurnalistlər Ermənistan ordusunun atəşlərindən son anda qurtulub, avtomobillərinə minərək ərazidən sürətlə uzaqlaşıblar.


Ermenistan sivilleri hedef aldı - AA ekibi saldırıdan son anda kurtuldu

Qafar Ağayev

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər