Azərbaycanda 27 sentyabra olan koronavirus statistikası açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 27 sentyabra olan koronavirus statistikası açıqlanıb

15:30 - 27 / 09 / 2020
Azərbaycanda 27 sentyabra olan koronavirus statistikası açıqlanıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 132 nəfər sağalıb, 128 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 782 nəfərdir.

Ötən müddət ərzində 1 102 401 test aparılıb. Bugünkü test sayı isə 6 858-dir.

Qafar Ağayev

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər