Müdafiə Nazirliyi: Düşmən Goranboyu atəşə tutub

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
“Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - o əlavə edib.
S.Xankişiyeva
278