Günay Səlimzadə: Ermənistanın mülki əhaliyə atəş açması ilə bağlı 5 cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Günay Səlimzadə: Ermənistanın mülki əhaliyə atəş açması ilə bağlı 5 cinayət işi başlanıb

13:04 - 29 / 09 / 2020
Günay Səlimzadə: Ermənistanın mülki əhaliyə atəş açması ilə bağlı 5 cinayət işi başlanıb

"27 sentyabr 2020 tarixində erməni hərbi birləşmələrinin silahlarından açılan mərmi Naftalan ərazisinə düşüb".

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib. G.Səlimzadə deyib ki, mərminin partlaması nəticəsində Azərbaycan vətəndaşının evinə 100 min manat məbləğində ziyan dəyib.

"Həmin faktlar əsasında Goranboy rayon prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb. Bundan əlavə Ağdam rayonunun cəbhəboyu kəndlərinə ermənilər tərəfindən açılan atəş nəticəsində bir nəfərin baş nahiyəsindən aldığı xəsarətlərdən həyatını itirməsi faktına görə Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb.

"Ermənilər tərəfindən Tərtər rayonuna açılan atəşlər nəticəsində də mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həlak olanlar var" - deyə, G.Səlimzadə fikirlərinə əlavə edib: Həmin faktlarla bağlı da Tərtər rayon prokurorluğunda cinayət işləri başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitinə uyğun olaraq, bütün addımlar atılır. Göstərilmiş faktlara əsasən, 5 cinayət işi başlanıb”.

Qafar Ağayev

 

Paylaş:
341

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər