Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi - FOTO

12:34 - 29 / 09 / 2020
Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi - FOTO

Azərbaycan Ermənistanda könüllüləri daşıyan avtobusu vurub. 

1news.az xəbər verir ki, Vardenisdə (Ermənistanın Qeqarkunsk əyaləti) hərəkət edən avtobus pilotsuz uçan aparatla vurulub. PUA ilə vurulan nəqliyyat vasitəsi yanmağa başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Artsun Ovanisyan bildirib. 

Bəzi məlumatlara görə, avtobusda 60-a yaxın könüllü olub. 

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun tarix yazdığı 2016-cı ilin aprel savaşları zamanı da cəbhəyə könüllüləri daşıyan avtobus kamikadze dron ilə vurulmuşdu. 

1news.az

Paylaş:
374

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər