PAŞA Holding Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

16:30 - 30 / 09 / 2020
PAŞA Holding Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

PAŞA Holding Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

“Ölkəmizin hal-hazırda müharibə şəraitində olduğunu nəzərə alaraq, hər birimiz güclərimizi səfərbər edərək Vətənimizə mənəvi və maddi dəstəyimizi əsirgəməməliyik” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayır. Cəlal bəy həmçinin bizim bir xalq olaraq birlik, həmrəylik, nizam-intizam nümayiş etdirməyimizin, ordumuza dayaq olmağın və eyni zamanda bir vətəndaş olaraq üzərimizə düşən bütün vəzifələrimizi layiqincə yerinə yetirməyimizin vacibliyini də qeyd edib.

Məlumat üçün qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

1news.az

Paylaş:
1698

Son xəbərlər

Bütün xəbərlər