Ermənistanın Gorus rayonundan Azərbaycan əraziləri raket atəşinə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın Gorus rayonundan Azərbaycan əraziləri raket atəşinə tutulub

13:21 - 01 / 10 / 2020
Ermənistanın Gorus rayonundan Azərbaycan əraziləri raket atəşinə tutulub

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

1news.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

"Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək", - Müdafiə Nazirliyindən bəyan ediblər.

1news.az

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər